Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir

Lənkəran İcra Hakimiyyəti: Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir
15:07 12 Yanvar 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12. yanvar. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) KİV-də Liman şəhərində aksiya keçirilməsi barədə xəbərlərə münasibət bildirib. ŞİH-dən "Report"a bildirilib ki, 1 yanvar 2016-cı il tarixdə spirtli içkilər və tütün məmulatların plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakinləri və ətrafa toplaşan vətəndaşların buna etiraz əlaməti olaraq aksiya keçirməyə və Ələt-Astara yolunu bağlamağa cəhd ediblər: "Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik izahedici söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir".

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/lenkeran-i-cra-hakimiyyeti-liman-seherinde-ve-rayon-erazisinde-veziyyet-sabitdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR