Bu kəndə kişilər içmir, oynayırlar - VIDEO - FOTO

Bu kəndə kişilər içmir, oynayırlar - VIDEO - FOTO
15:17 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hindistanın cənubundakı Kerala ştatında, kiçik Marottiçal kəndində yaşayanlar şahmat pərəstişkarlarıdır. Bu kənddə az qala hamı şahmatı sevir. 

Milli.az AsiaOne-a istinadən bildirir ki, ötən əsrin 1960-1970-ci illərində isə bu kənddə əyyaşlıq baş alıb gedirdi. Yerli istehsal olan likördən hədsiz dərəcədə içən yerli kişilər və yeniyetmələr arasında ayıq adam tapmaq müşkül məsələ idi. 

İş o yerə çatmışdı ki, kəndin qadınları polisə şikayətlənərək likörlərin saxlandıqları yerlərin yandırılmasını tələb etmişdilər. Lakin kənd sakini, 10-cu sinif tələbəsi Sintay Unnikrişnan şahmatın sirlərini öyrənmək fikrinə düşəndə vəziyyət dəyişməyə başladı. Sintay dünyaca məşhur şahmatçı, 16 yaşında qrossmeyster olmuş amerikalı Bobbi Fişerin pərəstişkarı idi. 

Unnikrişnan qonşu kəndə yollanıb şahmatın sirlərini öyrənir, sonra da evdə təkbaşına oynayırdı. Daha sonra o, evində kəndlilərə pulsuz şahmat dərsləri verməyə başlayıb. Son 40 il ərzində Unnikrişnan 600 nəfərə şahmatın sirlərini öyrədib. Kənd sakinləri arasında ştatda və Hindistanda şahmat yarışlarında qalib gələnlər az deyil. Kəndin "qrama pançayat"ının, yəni bələdiyyənin sədri Hrinavasanın dediyinə görə, kənddəki kişilərin 90 faizi şahmat oynayırlar.

Hindistanda bu kəndi "şahmat kəndi" adlandırırlar. Məşhur şahmatçı Vişvanatan Anand da kəndliləri təbrik edib.

Videonu izləmək üçün şəklə klikləyin:

Chess village Marottichal


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR