Gömrükçülərin “Butç” ləqəbli iti külli miqdarda narkotik maddə aşkarlayıb

Gömrükçülərin “Butç” ləqəbli iti külli miqdarda narkotik maddə aşkarlayıb
15:29 12 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 

İrandan Azərbaycana keçirilən narkotik maddənin qarşısı alınıb.

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Jamal Azarıyeh Abolfazl Sadeghın idarə etdiyi “Scania” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış zamanı müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

 

“Butç” ləqəbli həmin itin reaksiyasına əsasən, avtomobilin ayrı-ayrı yerlərində gizlədilmiş narkotik vasitələr - 4 ədəd bükümdə,ümumi xalis çəkisi 31,03 qram olan həşiş qətranı, 1 ədəd bükümdə, xalis çəkisi 1,370 qram olan tiryək, 1 ədəd plastik qabda, 85 ml həcmində olan tiryəkin məhlulu, 4 konvalyutda, cəmi 21 ədəd olan metadon adlı həblər, 4 ədəd qabda isə ümumilikdə 360 ml həcmində olan metadonun məhlulu aşkara çıxarılıb.

 Daha sonra, avtomobilə baxış zamanı 2 ədəd plastik borucuqda, ümumi xalis çəkisi 0,308 qram olan psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.

 

Faktla bağlı təhqiqat aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR