Gəmiçiliyə Amerika Gəmiçilik Bürosunun sertifikatı verilib

Gəmiçiliyə Amerika Gəmiçilik Bürosunun sertifikatı verilib
15:33 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə Amerika Gəmiçilik Bürosunun sertifikatı verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, sertifikatın təqdim olunması mərasimində Gəmiçiliyin sədri Rauf Vəliyev qarşıda duran vəzifələrin yerinə yetirilməsi, o cümlədən beynəlxalq standartlara cavab verən müasir, çevik bir şirkətin qurulması üçün görülən tədbirlərdən danışıb, alınan sertifikatın əhəmiyyətini yüksək dəyərləndirib. R.Vəliyev eyni zamanda, bundan sonra daha məsuliyyətlə, beynəlxalq tələblərə uyğun işləməyin vacibliyini vurğulayıb.
Amerika Gəmiçilik Bürosunun auditoru Angenilas Emanuil Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə işlərdə sıx əməkdaşlığın perspektivlərinə əmin olduğunu bildirib.
Qeyd edək ki, İSO 9001-2008 (Keyfiyyətin idarə edilməsi), İSO 14001-2004 (Ekoloji menecment), İSO 50001-2011 (Enerji səmərəliliyi menecmenti) və OHSAS 18001-2007 (Peşə təhlükəsizliyi və əməyin mühafizəsinin idarə edilməsi) beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğun olaraq, Gəmiçilik üçün keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair İnteqrasiya olunmuş İdarəetmə Sistemi (İİS) işlənmiş və gəmilərdə tətbiq edilib.
Amerika Gəmiçilik Bürosu AXDG-nin İnteqrasiya olunmuş İdarəetmə Sisteminin beynəlxalq idarəetmə standartlarına uyğunluğunu təsdiqləmək üçün aidiyyəti departamentlərdə və müxtəlif gəmilərdə sertifikatlaşma üzrə xarici audit aparıb, nəticədə Gəmiçiliyə 5 illik müddəti olan sertifikat təqdim edib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gemichiliye_Amerika_Gemichilik_Burosunun_sertifikati_verilib-917760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR