Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb
15:38 12 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Asif Mürsəlovun əl yükünə nəzarət zamanı məhlul formasında, ümumi təmiz çəkisi 0,108 qram təşkil edən “Metadone” adlı narkotik vasitə aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı İlyas Şahbazovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 68,450 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkotik_vasitelerin_olke_erazisine_getirilmesinin_qarsisi_alinib-917761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR