Litvada təhlükəsizlik siyasəti sahəsində ekspertlərin “Qarlı görüş”ü keçiriləcək

Litvada təhlükəsizlik siyasəti sahəsində ekspertlərin “Qarlı görüş”ü keçiriləcək
15:43 12 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Vilnüs, 12 yanvar, AZƏRTAC
Təhlükəsizlik siyasəti sahəsində litvalı və xarici ekspertlərin ənənəvi “Qar görüşü” yanvarın 14-15-də Trakay rayonunda keçiriləcək. Builki görüşdə əsas diqqət NATO-nun Varşavada planlaşdırılan sammitinə ayrılacaq.
AZƏRTAC ELTA agentliyinə istinadla xəbər verir ki, gözlənildiyinə görə, builki görüşdə Latviya, Estoniya, Slovakiya və Rumıniyanın xarici işlər nazirləri, Birləşmiş Krallığın Avropa məsələləri üzrə naziri Devid Lidinqton, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, NATO-nun baş katibinin müavini Aleksandr Verşbou, NATO Birləşmiş Qüvvələrinin Neapoldakı komandanlığının rəhbəri, ABŞ hərbi dəniz qüvvələri admiralı Mark Fergüson iştirak edəcək.
Nəzərdə tutulmuşdur ki, bu görüşdə NATO və Aİ üzvü olan ölkələrin 90 nəfərə yaxın yüksəkvəzifəli məmuru, diplomatlar, beynəlxalq siyasət və təhlükəsizlik siyasəti sahəsində analitik mərkəzlərin və tədqiqat mərkəzlərinin ekspertləri iştirak edəcək.
Doqquzuncu dəfə keçirilən tədbirdə dəyişmiş beynəlxalq təhlükəsizlik mühiti müzakirə ediləcək, Avropanın təhlükəsizliyinə şərqdən və cənubdan əsas təhdidlər, Alyansın bu təhdidlərə cavab üsulları və tədbirləri nəzərdən keçiriləcək. İnformasiya müharibəsinə və təbliğat təhdidlərinə cavab reaksiyası məsələləri ayrıca sessiya çərçivəsində müzakirə ediləcək.
NATO rəhbərlərinin sammiti bu il iyulun 8-9-da Varşavada keçiriləcək. Gözlənildiyinə görə, həmin sammitdə NATO-nun hazırlığının təmin edilməsi üzrə Tədbirlər Planının, habelə Alyansın kollektiv müdafiənin möhkəmlənməsinə yönəlmiş adaptasiya tədbirlərinin həyata keçirilməsi elan ediləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litvada_tehlukesizlik_siyaseti_sahesinde_ekspertlerin_Qarli_gorusu_kechirilecek-917766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR