"Ayağıma düşürlər, yalvarırlar..." - İlhamə Quliyeva

"Ayağıma düşürlər, yalvarırlar..." -  İlhamə Quliyeva
17:28 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Kim çaşırsa, o tez aşır. Mənlə çaşmaq olmaz. Bir-birini ortalığa qoyub, toyuğu didən kimi didişirlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib. O, barışıq tərəfdarı olduğunu bildirib:

“Kimə gücüm çatır onları barışdırıram. Hələ heç kim sözümü yerə salmayıb. Çox ürəyiyumşağam. Gəlib ayağıma düşürlər, yalvarırlar. Mən də günahlarından keçirəm. Kimi bağışlayıramsa, ona yazığım gəlir. Bağışlamaq mənim böyüklüyümdür. Kimisə məhkəməyə versəm, gərək gedib diri-diri qəbirdə yatsın. Getsin borclarını qaytarsın. Nisyə qonaqlıqlar, toylar edir. Restoranlara nə qədər borcu var. Getsin onları ödəsin”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR