Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb

Vətəndaş müraciətləri üzrə yeni portal yaradılıb
15:52 12 Yanvar 2016
17 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Təhsil Nazirliyinə və tabe qurumlara müraciət edən vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbulunun asanlaşdırılması, qəbula yazılma prosesinin təkmilləşdirilməsi, müraciətlərə baxılmanın sürətləndirilməsi və keyfiyyətinin yüksəldilməsi, eyni zamanda məlumatların ümumiləşdirilməsi üçün vahid qəbul portalı yaradılıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bu portal vasitəsilə Təhsil Nazirliyində və tabeçiliyində olan qurumlarda vətəndaşların qəbula yazılması, yönləndirilməsi, prosesin müşahidəsi, SMS göndəriş sistemi vasitəsilə onların məlumatlandırılması və vətəndaş məmnunluğunun öyrənilməsi mümkündür.
Portaldan səmərəli istifadəni təmin etmək üçün Təhsil Nazirliyində tabe qurumların aidiyyətı əməkdaşlarına təlimlər keçirilir. Təlimlərdə şəhər (rayon) təhsil idarələrinin (şöbələrinin), eyni zamanda ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin vətəndaş müraciətlərinə baxılması üzrə məsul şəxsləri iştirak edirlər. Bir həftə davam edəcək təlimlərdən sonra portal tam fəaliyyətə başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR