​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib"

​Ərdoğan: "Partlayışı Suriyadan gələn şəxs törədib"
16:02 12 Yanvar 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ "İstanbulda Sultanahmet meydanında törədilən canlı bomba hücumunu Suriyadan olan bir nəfər törədib".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, bu hadisəni terror adlandıraraq, törədilən partlıyışı qınadığını vurğulayıb.
"Partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Onların adları açıqlanacaq", - prezident bildirib.
Rəcəb Tayyib Ərdoğan Avropa dövlətləri, həmçinin Türkiyə də daxil olmaqla terrorçuluğa qarşı birgə mübarizə aparmaq məcburiyyətinin yarandığını söyləyib: "Meydanı terror qruplaşmalarına, dağıdıcılara buraxmayacağıq". 

Xəbərin orijinal ünvanı: http://report.az/region/erdogan-partlayisi-suriyadan-gelen-sexs-toredib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR