Azərbaycanı iqtisadi dirçəlişə aparan yol

Azərbaycanı iqtisadi dirçəlişə aparan yol
16:11 12 Yanvar 2016
47 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiymətinin bir il ərzində 3-4 dəfə düşməsi ilə Azərbaycanın üzləşdiyi çətinliklər əslində ölkə iqtisadiyyatının inkişafı və daha rəqabətqabiliyyətli olması ilə nəticələnə bilər.

ANS PRESS-in məlumatına görə, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyev, əslində, Azərbaycan ekspertlərinin çoxdan sadaladığı problemləri dilə gətirib. Prezident bu sahələrdə vəziyyətin tezliklə düzəldilməsinin vacibliyini vurğulayıb.

Dövlət başçısının vurğuladığı əsas nöqsanlardan biri büdcədən maliyyələşən idarələrdə lazımsız iş yerlərinin açılması ilə bağlı olub. İlham Əliyev struktur islahatların aparılmasının həddindən vacib olduğunu vurğulayıb: “Bəzi hallarda süni şəkildə iş yerləri yaradılır. Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Buna son qoyulmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq”.


Nazirlər Kabinetinin iclası

Ölkə başçısı bəzi sektorlarda aparılan islahatlar nəticəsində işsiz qalacaq mütəxəssislərin məşğulluğu üçün açılmalı sektorları da göstərib: “İlk növbədə sərmayəni iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalıdırlar. Dövlət qurumları isə - həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları onlar üçün bütün şəraiti yaratmalıdırlar”.

İlham Əliyev iqtisadiyatın şaxələndirilməsini dərinləşdirmək üçün yatırılan sərmayələrin səmərəliliyinin yoxlanmasının vacibliyini qeyd edib. İnformasiya-kommunikasiya texnologiyaları sektorunu misal kimi göstərən ölkə başçısı qiymətlərin şişirdilməsi yolu ilə bu sahəyə yatırılan sərmayələrin xeyli hissəsinin mənimsənildiyini bildirib: “Dövlət artıq bu sahəyə kifayət qədər, artıqlaması ilə vəsait ayırıb. Yoxlamalar göstərir ki, bu vəsaitdən vicdansızlıqla istifadə olunub. Burada israfçılıqdan söhbət getmir, burada böyük cinayətdən söhbət gedir. İndi prokurorluq ciddi məşğuldur. Bir malın qiyməti bir neçə dəfə şişirdilir - 3 dəfə, 4 dəfə”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ANS PRESS-ə müsahibəsində, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru ilə yanaşı Azərbaycan iqtisadiyyatının digər prioritet inkişaf sahələrinin olduğunu deyir.

“Son bir neçə ildə İKT sektoruna 2 milyard dollara yaxın sərmayə qoyulub. Bu sektordan gəlirlər ildə 250 milyon dollar səviyyəsində qiymətləndirilir. Yəni yatırılan sərmayələrin 10 il müddətinə geri qaytarılması nəzərdə tutulur. Amma bundan da rentabellilik göstəricisi yüksək olan sahələrimiz var”.


Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri


İSİM rəhbəri belə sahələr kimi Azərbaycan üçün ənənəvi olan aqrar sektoru və yüngül sənaye sahələrini göstərib: “Əgər Azərbaycan pomidor sataraq valyuta əldə edə bilirsə, bunu gerçəkləşdirmək lazımdır. Düşünürəm ki, sərmayələr aqrar sektora yatırılsa, daha rentabelli ola bilər”.

Xarici ticarət üzrə statistik göstəricilər də bu fikri təsdiqləyir. Statistikaya görə, 2015-ci ildə Azərbaycandan 312 milyon dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib. Əgər bu illər ərzində aqrar sektora daha çox sərmayə yatırılsa idi, əldə edilən vəsaitlər daha çox olardı.

Hər halda, Mərkəzi Aran bölgəsində 400 min hektara yaxın keçmiş pambıq sahəsi son 10-15 ildə əkilmədiyindən şoranlaşıb. 1982-ci ildə 1 milyon ton pambıq yetişdirilmiş Azərbaycanda hazırda istehsal 40 min tonu keçmir.

Hesablamalara görə, Azərbaycanın daxili tələbatını təmin etmək üçün ən azı 300 min ton pambıq yetişdirilməlidir. Ölkədə pambıq emalının və uyğun olaraq toxuculuq sahəsinin təşkili yüz milyonlarla dollara qənaətlə yanaşı, həm də regionlarda minlərlə yeni iş yeri deməkdir.

Vüqar Bayramov ölkəyə valyuta gətirilməsi baxımından da pambıqçılığı çox önəmli sayır: “Düşünürəm ki, hökumət şoranlaşmış sahələrdə pambıq əkinlərinin bərpasına çalışmalıdır. Dünya bazarında pambıq ən etibarlı valyuta mənbələrindən biri sayılır.”

Azərbaycanda pambıq istehsalı illər üzrə (ton)



Əslində, əlverişli coğrafi şəraitə malik Azərbaycan həm də ərzaq istehsalı sahəsində özünü təmin etmək üçün hər il yüz milyonlarla dollar vəsait xərcləyir. Ölkədə istehsalı mümkün olan kərə yağı, bitki yağları, çay, şəkər tozu və ərzaq buğdası, həmçinin tütün müəyyən hissəsi xaricdən gətirilir. Rəsmi məlumata görə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün indiyə kimi bütövlükdə 914 milyon manat, yəni orta hesabla ildə 115 milyon manat vəsait ayrılıb. Yəni mövcud imkanlarımız daha çox sərmayə yatırmaq üçün daha çox sahələrin olduğunu ortaya çıxarır.

Ölkə başçısının toxunduğu struktural islahatlarla bağlı isə İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildirilir ki, ölkədə mövcud olan 44 dövlət qurumunun sayı iki dəfəyə qədər azaldıla bilər. Həmçinin büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin 30 faizi ixtisara salına bilər ki, bu da dövləti yalnız həmin işçilərin maaş yükündən deyil, həm də ofis və xidməti avtomobil və s. xərclərindən də xilas edə bilər.

Azərbaycan üçün yeni tələ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı olub

24 Sentyabr 2017 14:27

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi - FOTO

24 Sentyabr 2017 14:27

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37

“eTopaz”da günün canlı oyunları

24 Sentyabr 2017 13:37

Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24 Sentyabr 2017 13:33

İrandan İKRH-nə böyük şok

24 Sentyabr 2017 13:32

Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər

24 Sentyabr 2017 13:19

Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb"

24 Sentyabr 2017 13:12

Bakıda gənc bacısı ilə yazışan oğlanı doğradı

24 Sentyabr 2017 13:12

DTX rəisi: Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır

24 Sentyabr 2017 13:03

Sabah hava necə olacaq?

24 Sentyabr 2017 13:03

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

24 Sentyabr 2017 13:03

DTX sədri: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

24 Sentyabr 2017 13:02

Dövlətə xəyanət etmiş hərbçilərlə bağlı YENİ XƏBƏR

24 Sentyabr 2017 12:54

ABŞ kosmosa casus peyk buraxdı

24 Sentyabr 2017 12:54

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

24 Sentyabr 2017 12:49

Mədət Quliyev: "Azərbaycanda terrora cəhd hazırlığı görən xeyli sayda şəxs zərərsizləşdirilib"

24 Sentyabr 2017 12:47

İŞİD-ə qoşulmuş azərbaycanlılardan 300 nəfəri ölüb - RƏSMİ

24 Sentyabr 2017 12:44

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 12:43

Mədət Quliyev: "İraqda 300-ə yaxın azərbaycanlı öldürülüb"

24 Sentyabr 2017 12:42

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 12:34

1 həftə əvvəl ana olan qızına təcavüz etdi

24 Sentyabr 2017 12:34

Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - BAKIDA

24 Sentyabr 2017 12:29

Azərbaycan Prezident “Neftçala” yarımstansiyasının açılışını edib

24 Sentyabr 2017 12:27

Prezident Neftçala Xəstəxanasının yenidənqurmadan sonrakı şəraiti ilə tanış olub

24 Sentyabr 2017 12:24

NATO konvoyuna hücum edildi

24 Sentyabr 2017 12:21

Prezident Neftçala Sənaye Məhəlləsinin açılışını etdi

24 Sentyabr 2017 12:19

Məşhur futbolçunun arvadı bütün sirrləri açıqladı - FOTOLAR

24 Sentyabr 2017 12:17

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

24 Sentyabr 2017 12:14

İrəvanda böhran: ət kəskin bahalaşır

24 Sentyabr 2017 12:13

Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək

24 Sentyabr 2017 12:12

Sabaha olan hava proqnozu

24 Sentyabr 2017 12:11

Həftənin ilk günündə Bakıda payız havası olacaq - PROQNOZ

24 Sentyabr 2017 12:09

Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq

24 Sentyabr 2017 12:02

Prezident İlham Əliyev Neftçala rayonuna səfərə gəlib

24 Sentyabr 2017 11:59