Neftçimizin cəsədini gətirmək üçün Türkmənistana təyyarə yola düşdü

Neftçimizin cəsədini gətirmək üçün Türkmənistana təyyarə yola düşdü
16:16 12 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

FHN-in təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyitini gətirmək üçün yola düşüb.

Milli.Az bildirir ki, FHN-dən axar.az-a verilən xəbərə görə, məlumat daxil olduqdan sonra FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin gətirilməsi üçün Türkmənistana yola salınıb.
 
Qeyd edək ki, Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR