Güləşçilərimiz ilin ilk sınağına Tehranda çıxacaqlar

Güləşçilərimiz ilin ilk sınağına Tehranda çıxacaqlar
16:28 12 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 14-15-də Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi “Təxti Kuboku” beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak edəcəklər. Heyətdə Səid Balabəyov, Sakit Quliyev (hər ikisi 59 kq), Azad Əliyev, Elman Muxtarov (hər ikisi 66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (hər ikisi 71 kq) və Şəhriyar Məmmədov (85 kq) yer alıb.
Sərbəst güləşçilər isə məşqçi Rövşən Hacıyevin rəhbərliyin altında mübarizə aparacaq. Tehrana Mircəlal Həsənzadə (57 kq), Zəlimxan Vəliyev (61 kq), Emin Əzizov (70 kq), Kənan Əliyev (74 kq) və Məhəmməd Abdulxaliqovun (86 kq) yollanması gözlənilir.
Turnirdə ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR