Cənub bölgəsi futbolsuz qala bilər

Cənub bölgəsi futbolsuz qala bilər
16:32 12 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

"Xəzər Lənkəran"da vəziyyət daha da gərginləşib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, komandada olan futbolçular heyətdən bir-bir kənarlaşdırılırlar.

Dekabrda komandadan getmək istəyən, lakin Yunis Hüseynovun istəyi ilə çətinliklə klubda saxlanılan Orxan Sadıqlıyla da yollar ayrılıb.

Buna səbəb "ağ-yaşıllar"dakı maliyyə böhranıdır. Artıq komanda baxışa çağırdığı futbolçuları da geri göndərib. 

Baş məşqçi Yunis Hüseynov komandanı Lənkəranda qoyub, Bakıya gələcək və rəhbərliklə danışacaq. Onun istefa verəcəyi də gözlənilir.

Hətta rəhbərlik bazada olan işçilərə "artıq klubda pul olmayacaq, özünüzə iş tapın" deyib. Buna FİFA-nın "Xəzər Lənkəran" haqqında verdiyi qərar da səbəb olub. Belə ki, ali futbol qurumu cənublulara 22 yanvara qədər bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanova olan borclarını ödəməyəcəyi halda İntizam Komitəsində məsələyə baxılacağı və yenidən transfer qadağası cəzası verilə biləcəyini deyib.

Cənub klubu "Ulu öndər" turnirinə qatılmaqdan da imtina edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR