Yevlaxda dəhşətli QƏTL: müəllimə qardaşı tərəfindən öldürüldü

Yevlaxda dəhşətli QƏTL: müəllimə qardaşı tərəfindən öldürüldü
16:34 12 Yanvar 2016
375 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlaxda qətl hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib. 

Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır/ 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR