Cüdoçularımız Afrikaya gedirlər

Cüdoçularımız Afrikaya gedirlər
16:43 12 Yanvar 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cüdo üzrə Azərbaycan milli komandası beynəlxalq mövsümə yanvarın 16-da Tunisdə keçiriləcək Afrika kuboku yarışlarında iştirak etməklə start verəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirə yollanacaq heyətdə Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Babazadə (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Safquliyev (90 kq), Cəlil Şükürov və Firudin Dadaşev (hər ikisi 100 kq) yer alıblar.

Qadınlardan ibarət komandada isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynova (63 kq) birincilik uğrunda mübarizə aparacaq.

Reytinq xarakterli yarışa 53 ölkədən 343 cüdoçu qatılacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR