İqtisad Universitetində ixtisarlar olacaq - Rektor

İqtisad Universitetində ixtisarlar olacaq - Rektor
16:47 12 Yanvar 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

“Müqavilə yolu ilə bəzi müəllimlər işdən çıxarılacaq, digər müəllimlərin isə dərs yükü artırılacaq”.

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin ( ADİU) rektoru Ədalət Muradov deyib. İqtisad Universitetində ümumilikdə 917 müəllimin çalışdığını deyən rektor bildirib ki, bu say çoxdur: “ Buna görə  qərara almışıq ki, yaşı 70-dən yuxarı olan, elmi dərəcəsi olmayan müəllimlər, yaşı 75-dən yuxarı dosentlər müqavilə yolu ilə ixtisar edilsin. İnanırıq ki, daha yeni və müasir biliklərə malik olan gənc kadrların gəlməsi ilə İqtisad Universitetində təhsilin keyfiyyəti artacaq”.

“Pedaqoji heyətin orta aylıq əmək haqqı 961 manat təşkil edir”, deyən rektor məlumat verib ki, əmək haqqının artırılması üçün müəllimlərin dərs yükünü artırmaq və müəllimlərin sayını azaltmaq barəsində düşünülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR