Heydər Əliyev Sarayında Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayında Əliağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək
17:05 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 18-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əlağa Vahidin qəzəllərindən ibarət konsert proqramı keçiriləcək.

Konsertdə Respuklikanın xalq artistləri Arif Babayev, Əminə Yusifqızı, Aygün Bayramova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova, Elnarə Abdullayeva, Teyyub Aslanov, Səbuhi İbayev, Babək Niftəliyev, Almaz Amanova və meyxana ustadları Ağamirzə, Mehman Əhmədli iştirak edəcəklər. Konsertdə ustad xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletləri 20-50 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74
Konsertin informasiya dəstəyi Trend.az, Day.Az və Milli.Az-a məxsusdu. Çəkiliş Lider TV məxsusdu
Qeyd edək ki, Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri ustad xanəndələrin repertuarında mühüm yer tutur. Bu il ölkəmizin bir çox yerlərində görkəmli sənətkarımız Əliağa Vahidin 120 illiyi münasibəti ilə bir çox tədbirlər, sərgilər keçirilmişdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/397271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR