SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb

SOCAR dövlət büdcəsinə ödənişləri azaldıb
17:08 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

SOCAR 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75 milyon 320 min manat vəsait ödəyib.

Trend şirkətin saytına istinadən məlumat verir ki, 2015-ci ildə büdcəyə 1 milyard 480 milyon 195 min manat vəsait ödənilib. 2014-cü ildə bu göstərici 1,86 milyard manat olub.

Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 688 min manat vəsait köçürüb.

Qeyd edək ki, bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 108,4 faiz çox olub. 2015-ci ilin yanvar-dekabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 milyon 294 min manat təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2479489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR