Lənkəranda bir qrup sakin aksiya keçirib

Lənkəranda bir qrup sakin aksiya keçirib
17:15 12 Yanvar 2016
449 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Lənkəran rayonunun Liman şəhərində bir qrup rayon sakini aksiya keçirib.

Məlumata görə, aksiya iştirakçıları Ələt-Astara magistralını bağlamağa cəhd göstəriblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib, eyni zamanda rayon icra hakimiyyətinin rəsmiləri gəlib.

Lənkəran şəhər İcra Hakimiyyətindən bildirilib ki, aksiya insidentsiz başa çatıb: “Bu gün 100-ə yaxın sakin Ələt-Astara yolunu bağlamağa cəhd edib. Lənkəran şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin onlarla profilaktik söhbətindən sonra aksiya iştirakçıları dağılışıblar. Hazırda Liman şəhərində və rayon ərazisində vəziyyət sabitdir”.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR