"ASAN xidmət"də qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb

"ASAN xidmət"də qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb
17:28 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"ASAN xidmət" mərkəzlərində qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, “Azəriqaz” İstehsalat Birliyi istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə cari il yanvarın 1-dən etibarən qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsini Azərbaycan Respublikası Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərində həyata keçirməyə başlayıb. Bundan sonra texniki şərtlərin verilməsi yalnız 1, 2, 3, 4 və 5 saylı "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçiriləcək.

Abonentlərin keyfiyyətli, təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması, onlara göstərilən xidmət səviyyəsinin durmadan yaxşılaşdırılması istiqamətində Birlik tərəfindən bundan sonra da yeniliklər həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2479508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR