2015-ci il üçün “İlin fotoqrafı” seçiləcək

2015-ci il üçün “İlin fotoqrafı” seçiləcək
17:33 12 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyinin “İlin fotoqrafı 2015” tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə 2015-ci il üçün “İlin fotoqrafı” seçiləcək, qızıl, gümüş və bürünc “Arqus” mükafatı öz sahiblərini tapacaq. Tədbirdə Hüseyn Hüseynzadə adına “Ümid" mükafatı təqdim olunacaq, Azərbaycan fotosənətinin yeni inkişaf tendensiyasını əks etdirən "İlin layihəsi” elan ediləcək. “Fotoqrafiya sənətində xidmətlərinə görə” nominasiyasında maestro fotoqraflar fərqlənəcəklər.
Qeyd edək ki, 1999-cu ildən hər il mütəmadi olaraq baş tutan yekun tədbirdə ayrı-ayrı illərdə Hüseyn Hüseynzadə, Sənan Ələsgərov, Asiyat Fətullayeva, Emin Xəlilov, Sitarə İbrahimova, İlkin Hüseynov, Rəna Əfəndi, İlqar Cəfərov, Dilavər Nəcəfov və digər fotoqraflarımız “İlin fotoqrafı” olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR