Regionlara milyonlar qazandıracaq təşəbbüs

Regionlara milyonlar qazandıracaq təşəbbüs
17:36 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin hələ ötən ilin iyul ayında Nazirlər Kabinetinin iclasında turistlərin ölkəyə cəlb olunması ilə bağlı verdiyi tapşırıqların əsasında artıq turistlərə verilən elektron vizaların sadələşdirilməsi prosesinə başlanılıb. Yəni vizalara baxılma müddəti 10 gündən 5 günədək endirilib".

Bunu ANS PRESS-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib. O, bu istiqamətdə yay aylarından ciddi iş rejimində çalışdıqlarını deyib.

Şöbə müdirinin sözlərinə görə, noyabrın 3-dən etibarən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gələn turistlər üçün hava limanında sadələşdirilmiş qaydada viza verilməsi tətbiq olunub və bu proses davam etdirilir. Bütün bu viza məsələləri Xarici İşlər Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirirlir.



Ötən gün İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu sahəyə də diqqət cəlb edib. O, deyib ki, turizm sektorunun inkişafı üçün yerli və xarici sərmayə cəlb edilməlidir. "Biz dövlət hesabına Şahdağ kurort zonasını yaratmışıq. Düzdür, sonra özəl qurumlar da orada otellər, mehmanxanalar tikiblər. Ancaq bütün infrastruktur və birinci otel dövlət hesabına tikilib. Nəyə görə? İnsanlara şərait yaratmaq, o bölgəni – şimal bölgəsini inkişaf etdirmək, iş yerləri yaratmaq, xarici turistləri cəlb etmək və gələcəkdə gəlir qazanmaq üçün. “Şahdağ” mərkəzi, Qəbələ beynəlxalq turizm zonasına çevrilib".


İlham Əliyev və Mehriban Əliyeva Şahdağ istirahət kompleksində


O, deyib ki, indi Naftalan beynəlxalq kurort şöhrətini özünə qaytarır. "Cənub zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər və yaxşı olar ki, xarici şirkətlər sərmayə qoysunlar və biz turistlərin axınını təmin etməliyik".
Dövlət başçısı həmçinin bildirib ki, bütün süni əngəllər, vizalarla bağlı mövcud olan problemlər aradan götürülür.


Nazirlər Kabinetinin iclası


V. Şıxəmmədov deyir ki, turizm zonalarının inkişaf etdirilməsi prosesi müntəzəm olaraq, davam etdirilir. Nazirlik rəsmisi də deyir ki, Şahdağ son 3-4 ildə qış turizm sahəsinin inkişafını göstərən ən gözəl nümunədir. Eləcəcə də, Qəbələdə Tufandağ da bu sahədə inkişafına görə heç də geri qalmır.




Turistlərin artmasının ilkin şərtlərindən biri də şübhəsiz ki, qiymət məsələsidir. Turist cəlb edilməsi üçün qiymətlərin aşağı, keyfiyyətin isə yüksək olması vacib şərtdir. Nazirlik rəsmisinin sözlərinə görə, qiymətlərin endirilməsi birdən-birə mümkün deyil, bu, zaman tələb edən prosesdir. Bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, eyni zamanda, yerli icra orqanları ilə birgə baxırlır. Şöbə müdiri avqust-sentyabr aylarındakı monitorinqlərı misal gətirərək, otel qiymətlərin 10-15% endirildiyini vurğulayıb.

Azərbaycan Turizm İnstitunun dekanı Rəhman Səfərov da indiki şəraitin qeyri-neft sektorunu inkişaf etdirmək üçün əsl zamanı olduğunu deyir. Bu sahələrdən ən əsası isə turizm sektorudur.


Rəhman Səfərova - Azərbaycan Turizm İnstitunun dekanı


“Bunun üçün biz yerli, xüsusən xarici şirkətləri ölkəmizə cəlb etməliyik ki, onlar turizm sahəsinə sərmayə qoysunlar. Bunun üçün isə vergilər xeyli azaldılmalıdır. Xarici ölkələrə nəzər yetirsək görərik ki, onlar məhz, bu yollarla ölkələrinə turistləri, sərmayədarları cəlb edirlər. Xüsusən, məzənnə dəyişikliyindən sonra xaricdən gələn turistlərə otellərin qiymətləri də, digər xidmətlər də nisbətən daha ucuz başa gəlir”.



Nəzərə çatdıraq ki, Azərbayacanın ən ya xın qonşuları olan Türkiyə və Gürcüstan turizm sahəsinin inkişafına görə dünyada öz sözünü deyən ölkələrdəndir. Hər il minlərlər insan, o cümlədən azərbayacanlılar istirahət etmək üçün bu ölkələrə üz tutur.

Buna səbəb isə həm münasib qiymət, həm də yüksək keyfiyyətdir. Məsələn, Azərbaycanda regionlardan birində gecələmək üçün azı 50 manat ödəməlisənsə, Gürcüstanın Batumi, Qara dənizin sahilində bu 20-22 lariyə (təqribən 10 manat) başa gəlir.


Türkiyə və Gürcüstan

Qeyd edək ki, dekabrın 24-də prezident İlham Əliyev turizm sahəsinin inkişafı üçün hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməli olan xidmətlər siyahısından çıxarıb.

Bu, turizm sahəsində biznes mühitinin daha da əlverişli inkişaf etməsinə, dövlətin bu sahənin inkişafına diqqət və qayğısının olmasına bir daha sübutdur. Eyni zamanda, devalvasiyadan sonra yaşanan böhran onu göstərir ki, biz bacardığımız qədər qeyri-neft sahələrini, o cümlədən də, turizm sahəsini inkişaf etdirməklə, iqtisadi vəziyyətdən çıxış yolu tapa bilərik.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR