BP Almaniyada 800-dək əməkdaşını ixtisara salacaq

BP Almaniyada 800-dək əməkdaşını ixtisara salacaq
17:38 12 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, Nihad Budaqov, AZƏRTAC
Enerji nəhəngi BP Almaniyadakı 800-dək əməkdaşını ixtisara salacaq.
AZƏRTAC “Welt” qəzetinə istinadla xəbər verir ki, ixtisarlara səbəb kimi çətin bazar şəraiti və güclü rəqabət mühiti göstərilir.
Qeyd edək ki, mərkəzi ofisi Bohum şəhərində yerləşən “Aral” şirkətinin də sahibi olan BP Almaniyanın ən böyük yanacaqdoldurma stansiyaları şəbəkəsinə malikdir. BP həmçinin, Almaniyanın ikinci ən böyük neft emalı zavodu şəbəkəsini də öz əlində cəmləyib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BP_Almaniyada_800_dek_emekdasini_ixtisara_salacaq-917820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR