İrandan gətirilən narkotik vasitələr aşkarlanaraq götürülüb

İrandan gətirilən narkotik vasitələr aşkarlanaraq götürülüb
17:43 12 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Jamal Azarıyeh Abolfazl Sadeghın idarə etdiyi “Scania” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış zamanı müxtəlif adda narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Butç” ləqəbli həmin itin reaksiyasına əsasən, avtomobilin ayrı-ayrı yerlərində gizlədilmiş narkotik vasitələr - 4 ədəd bükümdə, ümumi xalis çəkisi 31,03 qram olan həşiş qətranı, 1 ədəd bükümdə, xalis çəkisi 1,370 qram olan tiryək, 1 ədəd plastik qabda, 85 millilitr həcmində olan tiryəkin məhlulu, 4 konvalyutda, cəmi 21 ədəd olan metadon adlı həblər, 4 ədəd qabda isə ümumilikdə 360 millilitr həcmində olan metadonun məhlulu aşkara çıxarılıb.
Daha sonra, avtomobilə baxış zamanı 2 ədəd plastik borucuqda, ümumi xalis çəkisi 0,308 qram olan psixotrop maddə - metamfetamin də aşkar edilərək götürülüb.
Faktla bağlı təhqiqat aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR