Azərbaycanlı məşhur boksçu ağır xəstəliyə tutulub

Azərbaycanlı məşhur boksçu ağır xəstəliyə tutulub
17:53 12 Yanvar 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-Trend:

Azərbaycanlı məşhur boksçu Emil İsrafilbəyov (Emil Baku) ağır xəstəliyə tutulub. Trend-in məlumatına görə, bu haqda onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Özünü Emilin qonşusu kimi təqdim edən Marina adlı xanım internetdə yazıb ki, məşhur idmançı beyin şişi xəstəliyindən əziyyət çəkir.

Emilin yaxlnı olan İvetta Miller adlı başqa bir Facebook istifadəçisi də boksçunun durumunun yaxşı olmadığını bildirib və hamını Emilə dəstək olmağa çağırıb.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Emil və onun qardaşı Rüfət İsrafilbəyov 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər. Peşəkar boksla məşğul olan hər iki qardaş özlərinə “Baku” ləqəbini seçiblər.

Emilin dostları sosial şəbəkələrdə çağırış edərək idmançıya maddi və mənəvi dəstək olmaq üçün kampaniyaya başlayıblar.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR