Bakıda daha bir küçə təmir edilir

Bakıda daha bir küçə təmir edilir
17:57 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Nizami rayonunda C.Naxçıvanski küçəsi təmir edilir. "Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, küçənin bir istiqaməti üzrə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, təqribən 8 500 kv. metr sahənin asfaltlanması işləri aparılıb.
Təqribən eni 9 metr olan küçəyə 1 560 poqon metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.
Küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Anoloji işlərin C.Naxçıvanski küçəsinin əks istiqaməti üzrə, daha dəqiq Bəkir Çobanzadə küçəsindən Qara Qarayev prospektinə doğru olan hissəsində də aparılmasına start verilib. Bu hissənin də uzunluğu təqribən 850 metr, ortalama eni isə 9 metrdir.
Təmir-tikinti işləri çərçivəsində küçənin 8 800 kv. metr sahəsinə yüksək keyfiyyətli yeni asfalt-beton örtüyü döşənəcək. Küçə boyu 1 640 poqon metr səki daşı yenilənəcək. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları və yağış barmaqlıqları yenilənəcək.
Daha sonra nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırıldıqdan, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparıldıqdan sonra küçə tam yeni görkəmdə vətəndaşların istifadəsinə veriləcək.





Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakida-daha-bir-kuce-temir-edilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR