Növbə bu yaşayış məntəqələrinə çatdı

Növbə bu yaşayış məntəqələrinə çatdı
18:13 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Astara və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, yanvarın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və ''Əlillər'', eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Göygöl rayonunun Balçılı və Qırxlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR