Manat bahalaşdı - RƏSMİ

Manat bahalaşdı - RƏSMİ
18:25 12 Yanvar 2016
1795 Digər
Ölkə mətbuatı
A- A+

13 yanvar məzənnə - Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 13-nə manatın məzənnəsini açıqlayıb.

AMB-dən ANS PRESS-ə verilən məlumata görə, Mərkəzi Bankın 13.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.

Yanvarın 12-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5685 səviyyəsində müəyyən olunub. Bu isə o deməkdir ki, manat dollar qarşısında 0,02% möhkəmlənib.

Bu günə olan avronun məzənnəsində də cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7072-dən 1.7069-a düşüb.

Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0208 manatdan 0.0205-ə düşüb.


AMB-nın 12 yanvar tarixinə olan rəsmi məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR