Ötən il müxtəlif cinayət və inzibati xəta törətmiş 54 mindən çox şəxs saxlanılıb

Ötən il müxtəlif cinayət və inzibati xəta törətmiş 54 mindən çox şəxs saxlanılıb
18:23 12 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən il müxtəlif cinayət və inzibati xətalar törətmiş 54 min nəfərdən çox şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə daxili işlər naziri Ramil Usubovun iştirakı ilə Çevik Polis Alayında 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, hesabat dövründə Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın inzibati ərazilərində cinayətlərin dinamikasında və strukturunda müsbət təmayüllər qeydə alınıb, kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27 564 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26 729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Həmin şəxslərdən 86-sı axtarışda olanlar, 243-ü xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-sı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır.

Eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5.803, o cümlədən 2399 piyada, məişət səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13 239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyəti polis bölmələrinə təhvil verilib.

Bakı BPİ-nin əməkdaşları ilə birgə həyata keçirilən tədbirlərlə 5 avtomat, 6 tüfəng, 3 tapança, 22 qumbara, 368 patron, 16 "Molotov kokteyli", 1 partlayıcı qurğu, 2 qutu barıt, 7 qutu alışdırıcı patron, 8 ədəd müxtəlif növ soyuq silah, 1 "beşbarmaq", 300 qramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2479540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR