Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
18:42 12 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 11-də London şəhərində Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  
Danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.
İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

Xəbərin orijinal ünvanı: http://report.az/herbi/azerbaycanla-boyuk-britaniya-mudafie-nazirlikleri-arasinda-qerargah-danisiqlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR