Sahibkarlara "ASAN xidmət" vasitəsilə 260-dan çox lisenziya verilib

Sahibkarlara "ASAN xidmət" vasitəsilə 260-dan çox lisenziya verilib
18:43 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2015-ci ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə sahibkarlıq subyektlərinə 264 lisenziya verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu lisenziyaların 202-si Bakı şəhərinin, 62-si isə regionların payına düşür.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanının qüvvəyə mindiyi gündən lisenziyalar müddətsiz hesab edilir və onların verilməsi üçün rüsumların məbləğı orta hesabla 2 dəfə azaldılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2479554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR