Sabirabadda 24 yaşlı oğlan güllələnib

Sabirabadda 24 yaşlı oğlan güllələnib
18:47 12 Yanvar 2016
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda güllələnmə hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə rayonun Şıxsalahlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 24 yaşlı Nemət Əbülfəz oğlu Məmmədov ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılaraq cərrahiyyə şöbəsində əməliyyat olunub.
Hadisənin necə baş vernəsi və səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR