Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib

Xəzərin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib
18:48 12 Yanvar 2016
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyiti Vətənə gətirilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.

Bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb. Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR