Şahmat üzrə Bakı birinciliyində dördüncü turun oyunları başa çatıb

Şahmat üzrə Bakı birinciliyində dördüncü turun oyunları başa çatıb
18:48 12 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Respublika Şahmat Mərkəzində keçirilən 14-16 yaşlı oğlanlar və qızlar arasında Bakı birinciliyi davam edir.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 14 yaşadək qızların yarışda 13, eyni yaş oğlanların mübarizəsində isə 35 zəka sahibi iştirak edir. On altı yaşlıların yarışında isə ümumilikdə 23 (15 oğlan, 8 qız) şahmatçı mübarizə aparır.
Dörd turdan sonra Aysu İsmayilova aktivinə 4 xal yazaraq 16 yaşlı qızlar arasında yeganə liderdir. Nərmin Quluzadə və Ülkər Həsənzadə isə hərəyə 3 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər. Eyni yaş oğlanların yarışında Oğuz Abışlı 3,5 xal toplayaraq birinci yerdədir. Səid Rəfili, İsmayıl İsmayılzadə və Emin Ələkbərov 3 xal toplayaraq 2-4-cü yerləri bölüşdürürlər.
On dörd yaşadək oğlanların mübarizəsində Fərid Aslanov 100 faizlik nəticə göstərib. Dörd oyundan 4 xal toplayan F.Aslanov vahid liderdir. Mikayıl Fərhadov liderdən yarım xal az toplayaraq 3,5 xalla ikinci yerdədir. Yeddi zəka sahibinin (Məhəmməd İsmayılov, Murad Əhmədov, Emil Mehraliyev, Emin Kazımov, Vahid Həsənzadə, Firuz İsmayılov və Ayxan Rzazadə) isə aktivində 3 xalı var. Sədaqət Abbasova aktivinə 3,5 xal yazaraq 14 yaşlı qızlar arasında zirvənin tək sahibidir. Aydan Hüseynova, Fatimə Məmmədova və Fidan Əlizadə 3 xal toplayaraq 2-4-cü yerləri bölüşdürürlər.
Yarışın əsasnaməsinə görə, 14 yaşadək yeniyetmələr arasında ilk 4 yeri tutan şahmatçılar (həm qızlar, həm oğlanlar),16 yaşadək oğlanlar arasında ilk beşliyə düşənlər, qızlar arasında isə ilk 3 yerin sahibi Azərbaycan çempionatına vəsiqə əldə edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahmat_uzre_Baki_birinciliyinde_dorduncu_turun_oyunlari_basa_chatib-917849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR