Azərbaycan və Böyük Britaniya arasında qərargah danışıqları keçirilib

Azərbaycan və Böyük Britaniya arasında qərargah danışıqları keçirilib
18:59 12 Yanvar 2016
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Londonda Azərbaycanla Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

 

Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlar zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib. Yekunda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2016/2017-ci maliyyə ili üzrə hərbi əməkdaşlıq Planı" imzalanıb.

 

İllik əməkdaşlıq Planı əsasən təlim-təhsil sahəsindəki ikitərəfli fəaliyyətləri, o cümlədən dil hazırlığı, zabitlərin təkmilləşdirmə kursları və sülhməramlı əməliyyatlara hazırlıq üzrə treninqlər daxil olmaqla Azərbaycanda və Böyük Britaniyada təşkil olunacaq 17 müxtəlif tədbirin icrasını nəzərdə tutur.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR