Yanvarın 13-də Göy-Göl rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Yanvarın 13-də Göy-Göl rayonunun təbii qaz təchizatı məhdudlaşdırılacaq
19:08 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC 
Yanvarın 13-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Qaracalar”, “Otuzikilər”, “İmişli”, “İmişli şəkər” və “Əlillər”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Göy-Göl rayonunun Balçılı və Qırxlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvarin_13_de_Goy_Gol_rayonunun_tebii_qaz_techizati_mehdudlasdirilacaq-917867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR