Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin cəsədi Azərbaycana gətirilib

Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin cəsədi Azərbaycana gətirilib
19:43 12 Yanvar 2016
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti Xəzər dənizinin Türkmənistan sektorunda tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəsədin gətirilməsi üçün yanvarın 12-də Türkmənistana yola düşmüş nazirliyin “BE-200ÇS” amfibiya tipli təyyarəsi axşam saatlarında geri qayıdıb.
Neftçi Qasımov Mübariz Dilqəm oğlunun nəşi Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_denizinin_Turkmenistan_sektorunda_tapilan_neftchinin_cesedi_Azerbaycana_getirilib-917886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR