Pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edilib

Pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edilib
19:58 12 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhərini, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
Təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, nazirliyin əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.
Təlimlərdə iştirak edənlər nazirlik tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək.
Müsabiqə barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi internet saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pedaqoji_kadrlarin_telimlerde_istiraki_uchun_musabiqe_elan_edilib-917892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR