Bakıda hamilə qadını kişilər huşunu itirənədək döydü - VİDEO

Bakıda hamilə qadını kişilər huşunu itirənədək döydü - VİDEO
20:12 12 Yanvar 2016
223 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdakı yaşayış kompleksinin həyətində insanları gecə yarısı qadın fəryadı bayıra çıxarıb. Qışqıraraq kömək istəyən qadının harayına gedən insanlar onu yerdə huşsuz vəziyyətdə görüblər. 

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, bu gecə saat 01 radələrində bir neçə oğlan cavan bir xanımı huşunu itirənədək döyüblər. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksinin həyətində baş verib. 

Gecə saatlarında kompleksin həyətində içərisində rəfiqələri olan xanım sürücü başqa bir maşının sürücüsü ilə bir-birinə yol vermək üstündə mübahisə ediblər. Maşından düşən oğlanlar xanımlarla dava ediblər. Bu zaman onlar həmin xanımlardan birini zərbə ilə yerə yıxıblar, sonra isə təpikləyiblər. 

Hadisə şahidlərinin bildirdiyinə görə, qızı oğlanların əlindən almaq mümkün olmayıb. Onlar qızı döyüb ürəkləri soyuyandan sonra maşına minərək aradan çıxıblar. 

Yaxınlıqdakı insanlar döyülən xanımı maşına əyləşdirərək üzərinə su tökməklə ayıldıblar. Həmin xanımın hamilə olduğu deyilir. 

Onu da əlavə edək ki, zərərçəkmiş xanımın rəfiqəsi bildirdi ki, onları döyən oğlanlar qaçarkən bir neçə maşını da əzib. 

Daha sonra xanımlar maşına əyləşərək izahat vermək üçün Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə yollanıblar. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR