Davudoğlu: Terror aktını törədən kamikadze İŞİD üzvüdür

Davudoğlu: Terror aktını törədən kamikadze İŞİD üzvüdür
20:24 12 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən kamikadze İŞİD üzvü olub. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

 

“Bizə məlumdur ki, bu terror aktını törədən şəxs İŞİD-in üzvü olan əcnəbidir. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə qətiyyətlə mübarizə aparacağıq”, deyə Davudoğlu qeyd edib.  

 

Qeyd edək ki, yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR