“Pirelli” şirkətinin yağış təkərlərini testdən keçirəcək komandalar müəyyənləşib

“Pirelli” şirkətinin yağış təkərlərini testdən keçirəcək komandalar müəyyənləşib
20:28 12 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
“Formula-1”in rəsmi təkər təchizatçısı “Pirelli” şirkətinin yağış təkərləri testlərində “Ferrari”, “Red Bull Racing” və “Maklaren” komandaları iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, testlər yanvarın 25-26-da Fransadakı Pol Rikar avtodromunda təşkil olunacaq. Testlərdə güclü yağış zamanı “Pirelli” təkərlərin necə işləməsi yoxlanılacaq. Komandaların iştirak ardıcıllığı və pilotların tərkibi haqda yaxın günlərdə məlumat veriləcək. Pol Rikar avtodromundakı testlər media üçün açıq olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Pirelli_sirketinin_yagis_tekerlerini_testden_kechirecek_komandalar_mueyyenlesib-917904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR