AMEA IASP-ın üzvü seçilib

AMEA IASP-ın üzvü seçilib
20:33 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mərkəzi qərargahı İspaniyanın Malaqa şəhərində yerləşən Elm Parkları və İnnovasiya Sahələri üzrə Beynəlxalq Assosasiyanın (IASP - International Association of Science Parks and Areas of Innovation) assosiativ üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, dünya miqyasında üzvlük əsasında fəaliyyət göstərən IASP-ın missiyası elm parkları və innovasiya sahələri üçün qlobal bir şəbəkə olmaq, beynəlmiləlləşməni və üzvlər üçün səmərəliliyi önə çəkməkdir. IASP-a üzv olmaqla AMEA geniş həcmli informasiya bazasına, müvafiq beynəlxalq təcrübəyə və dünyanın 73 ölkəsindən təxminən 400 üzvü və 128 min innovativ şirkəti əhatə edən geniş şəbəkə ilə əlaqələrə çıxış imkanı qazanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_IASP_in_uzvu_sechilib-917908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR