SSRİ xalq artisti 80 illik yubileyini qeyd edir

SSRİ xalq artisti 80 illik yubileyini qeyd edir
20:36 12 Yanvar 2016
16 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur latış bəstəkarı, dirijor, pianoçu, ictimai xadim, SSRİ xalq artisti Raymond Pauls 80 illik yubileyini qeyd edir.

Axşam.az Report-a istinadən xəbər verir ki, 1936-cı ildə doğulan bəstəkar yubileyi ərəfəsində silsilə konsertlər keçirəcək. Doğum günlərini təmtəraqlı qeyd etməyi sevməyən bəstəkar bu gün planlarının 20 il əvvəlkindən çox olduğunu bildirib.
 
Qeyd edək ki, Raymond Paulsun 80 illik yubileyi fevralda, Moskvada, Rusiya Milli Teatrının səhnəsində keçiriləcək. Xatırladaq ki, Raymond Pauls keçmiş Sovet məkanında tanınan ən məşhur bəstəkarlardan biridir.
 
Onun mahnılarını Alla Puqaçova, Layma Vaykile, Valeri Lyontev kimi tanınmış müğənnilər ifa edib. 1986-cı ildə Raymond Paulsun təşəbbüsü ilə gənc ifaçıların Beynəlxalq "Yurmala" musiqi festivalı yaradılıb. Festival 1992-ci ilədək davam edib. Raymond Pauls 1980-1990-cı illərin ən məşhur xit mahnılarının müəllifidir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR