"İstanbulda terror aktını törədən kamikadze İŞİD üzvüdür"

"İstanbulda terror aktını törədən kamikadze İŞİD üzvüdür"
20:37 12 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən kamikadze İŞİD üzvü olub. 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

"Bizə məlumdur ki, bu terror aktını törədən şəxs İŞİD-in üzvü olan əcnəbidir. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə qətiyyətlə mübarizə aparacağıq", - deyə Davudoğlu qeyd edib.  

Qeyd edək ki, yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR