İstanbuldakı partlayış nəticəsində həlak olanların çoxu Almaniya vətəndaşlarıdır

İstanbuldakı partlayış nəticəsində həlak olanların çoxu Almaniya vətəndaşlarıdır
20:53 12 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-də İstanbulun Sultan Ahmet meydanında terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində ölən on nəfərin böyük əksəriyyətinin Almaniya vətəndaşları olduqları müəyyən edilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya Kansleri Angela Merkelə telefon edərək başsağlığı verib.
Telefon söhbətində Əhməd Davudoğlu terrorun bütün ölkələri hədəf aldığını, beynəlxalq terror qruplaşmaları ilə qətiyyətli mübarizə aparılmasının vacibliyini bildirib. O, partlayış nəticəsində yaralanan Almaniya vətəndaşlarının müalicəsi üçün hər cür şərait yaradıldığını söyləyib. Baş nazir aparılan təhqiqatlar nəticəsində əldə ediləcək məlumatların Almaniya tərəfinə bildiriləcəyini də diqqətə çatdırıb.
Kansler Angela Merkel terrorla qətiyyətli və birgə mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer də ölkəsinin Türkiyənin yanında olduğunu bildirib.
Suriya əsilli terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbuldaki_partlayis_neticesinde_helak_olanlarin_choxu_Almaniya_vetendaslaridir-917914

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR