Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsi təhsil aldığı məktəbdə anılıb

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsi təhsil aldığı məktəbdə anılıb
21:03 12 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Bakıdakı 5 nömrəli məktəbdə mərhum şahmatçı Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini anma mərasimi keçirilib.
Eyni zamanda, Vüqar Həşimovun təhsil aldığı doğma məktəbin təşkilatçılığı və mərhumun ailəsinin dəstəyi ilə II-IV sinif şagirdləri arasında “Fəxrimiz Vüqar” devizi altında şahmat turniri təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə turnir iştirakçılarına Avropa çempionunun keçdiyi həyat yolu və şahmat yarışlarında qazandığı nailiyyətlər barədə məlumat verilib.
Məktəbin direktoru Nərminə Gündüzlü iştirakçılara bu memorialda uğurlar arzulayıb.
Mərasimdə Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva qalibləri təbrik edib, belə turnirlərin əhəmiyyətini xüsusi vurğulayıb. O, qardaşının qısa, lakin şərəfli ömür yolunun gənc şahmatçılarımıza nümunə olduğunu söyləyib.
Sonra “Vüqar Həşimovun təbəssümü” sənədli filmi nümayiş etdirilib.
Turnirin bütün iştirakçılarına xatirə hədiyyələri, qaliblərə isə fəxri diplom və kuboklar verilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merhum_sahmatchi_Vuqar_Hesimovun_xatiresi_tehsil_aldigi_mektebde_anilib-917919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR