Devalvasiyadan sonra bir çox xarici məhsulla yanaşı, yerli mallarda da qiymət artımı müşahidə edildi. Marketinq araşdırmaları isə bu bahalaşmanın əsassız olduğunu və istehsalçıların yanlış qərarları nəticəsində baş verdiyini sübut edir.
Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, beynəlxalq təcrübədə hər bir şirkətin uzunmüddətli fəaliyyət planı, böhrandan çıxış yolları üçün strategiyası mövcüddur. Sonuncu devalvasiya Azərbaycan şirkətlərinin belə vəziyyətə hazırlıqsız olduğunu sübut etdi. Ani verilmiş qərarlar nəticəsində qəfil qiymətlər artdı, bazarda ajiotaj yarandı. Əsas səbəb kimi istehsal üçün xaricdən gətirilən xammalın bahalaşması göstərildi.
Araşdırmalar sübut edir ki, hazırki vəziyyət bir çox şirkətlər, xüsusilə yeni yaranmış müəssisələrin inkişaf üçün fürsətdir.
İstehsalçılarla yanaşı, istehlakçıların da devalvasiya, inflyasiya və bənzər vəziyyətlərə hazırlıqsız olduğu müşahidə edilir. Belə dövrdə qənaət üçün müəyyən üsullar var. Xüsusilə gündəlik tələbat malları ilə bağlı xərcləri azaltmaq mümkündür.
Milli.Az