Bəhlul Yaqubov: Möhtərəm Prezidentimizə ailəmiz adından dərin minnətdarlığımı bildirirəm

21:08 12 Yanvar 2016
109 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Mən ailəmiz adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezident atamın sağlığında onun şəxsiyyətinə, yaradıcılığına həmişə yüksək qiymət verib, onu ali dövlət mükafatları ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq Şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov deyib.
Bəhlul Yaqubov bildirib ki, atasının son 6 ildə səhhəti ilə bağlı yaranan problemləri Prezident İlham Əliyev şəxsən nəzarətdə saxlayıb, bizə hərtərəfli kömək göstərib, maddi və mənəvi yardımını əsirgəməyib. Cənab Prezidentin atamın vida mərasimində iştirakı Zəlimxan Yaqubun ruhuna hörmət və ehtiramın bariz nümunəsidir. Möhtərəm Prezidentimizə ailəmiz adından bir daha dərin minnətdarlığımı bildirirəm.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Behlul_Yaqubov_Mohterem_Prezidentimize_ailemiz_adindan_derin_minnetdarligimi_bildirirem-917920

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR