Ən stresli peşələr

Ən stresli peşələr
21:17 12 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bəzən başqalarının gördükləri iş, çalışdıqları sahə gözümüzə sadə, asan görünür. Ancaq bu belə deyil. Hər işin özünəməxsus çətinlikləri var. Bunu kənardan baxıb bilmək olmaz. Bununla bağlı ABŞ-ın "CareerCast" adlı təşkilatı bir araşdırma aparıb. Təşkilatın kadrlar üzrə mütəxəssisi 200-ə yaxın müxtəlif peşə arasında dünyanın ən stresli 10 peşəsinin adını açıqlayıb.

1. Siyahının ən başında yer alan peşə hərbçilikdir. Aparılan araşdırmalara görə, cəbhə bölgəsində xidmət göstərən hərbçilərin 30 faizi psixoloji problemlər yaşayır.

2. İkinci yerdə yanğınsöndürənlər gəlir. Keçən il ABŞ-da 80 nəfər yanğınsöndürən iş zamanı dünyasını dəyişib.

3. Pilotluq. 

4. Polis.

5. Təşkilatçılıq - Toy, nişan, ad günləri ilə yanaşı, konfrans, iclas, zirvə toplantıları kimi bir çox məsuliyyətli işləri görən təşkilatçılar olduqca gərgin iş rejimində çalışırlar. 

6. İctimaiyyətlə əlaqələr təmsilçiləri. Bütün günü fərqli-fərqli insanlarla ünsiyyətdə olan işçilər gün ərzində operativ işləyirlər.

7. İdarəçilik - Adından da göründüyü kimi idarəçilik olduqca məsuliyyətli, bir o qədər də stresli işdir.

8. Aparıcılıq - Bütün günü cəmiyyət qarşısında olan, canlı yayım televiziya və radio aparıcıları olduqca stressli bir iş rejimində işləyirlər.

9. Jurnalistika.

10. Siyahının ən sonunda gələn peşə isə sürücülükdür. Bütün günü tıxaclı yollarda fərqli insanlarla rastlaşan sürücülərin işi həm də təhlükəlidir.
"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/397280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR