Şanxay qülləsi dünyanın ikinci ən hündür binası oldu

Şanxay qülləsi dünyanın ikinci ən hündür binası oldu
21:41 12 Yanvar 2016
24 Şou
Ölkə mətbuatı
A- A+

Dünyada ən hündür bina sayılan Dubayın “Bürc-Xəlifə” göydələnindən sonra ikinci yeri yenicə tikilmiş Şanxay qülləsi tutur.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Çin adasında San-Fransiskodan olan şirkət tərəfindən inşa edilən bina təqribən 632 metr hündürlüyündədir.

Yüz iyirmi səkkiz mərtəbəli binada ofislər, ticarət mərkəzləri, mehmanxana nömrələri fəaliyyət göstərəcək.

Binanın sonuncu mərtəbəsində isə şəhəri seyr etmək üçün müşahidə məntəqəsi olacaq. Şanxay göydələnində saatda 65 kilometr sürətlə hərəkət edən 106 lift quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR